RU

Birinci rübdə SOCAR ın idarəsi 35 milyon dollarlıq qeyri neft məhsulu ixrac edib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 30 aprel, AZƏRTAC

2026-cı ilin yanvar-mart aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 35,3 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 69,7 milyon dollar və ya 3 dəfə azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel buraxılışında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 105 milyon dollar olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
3
azertag.az

4Источники