RU

Zelenski Putinin 9 may tədbirləri üçün atəşkəs təklifinə cavab verib

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Vladimir Zelenski, Rusiya Prezidenti Vladimir Putinin 9 May – Rusiya Qələbə Günü münasibətilə atəşkəs təklifini şərh edib.

Bizimyol.info xəbər verir ki, Zelenskinin açıqlamasına görə, o, ABŞ Prezidenti Donald Trampın komandası ilə əlaqə saxlayaraq Rusiyanın təklifinin detalları barədə məlumat toplanmasını tapşırıb.

“Görək, söhbət konkret olaraq Moskva paradı üçün bir neçə saatlıq təhlükəsizlikdən gedir, yoxsa daha geniş bir atəşkəsdən,” – deyə prezident vurğulayıb.

O əlavə edib ki, Ukrayna sülhə çalışır və bu müharibənin həqiqətən sona çatması üçün zəruri diplomatik işləri aparır.

“Bizim təklifimiz – uzunmüddətli atəşkəs, insanların etibarlı təhlükəsizliyinin təmin olunması və davamlı sülhün qurulmasıdır. Ukrayna bunun üçün hər hansı layiqli və effektiv formatda əməkdaşlığa hazırdır”, – deyə Zelenski qeyd edib.

Qeyd edək ki, Donald Trampla telefon danışığı zamanı Putin Qələbə Günü bayramı müddətində atəşkəs elan etməyə hazır olduğunu bildirib. Putinin köməkçisi Yuriy Uşakovun sözlərinə görə, Tramp bu təşəbbüsü “aktiv şəkildə dəstəkləyib.”

Bununla belə, Müharibənin Tədqiqi İnstitutunun analitikləri bildirir ki, belə bir tərəfli atəşkəs Rusiyaya sərfəlidir, çünki Kremlin strategiyası Ukraynanı atəşkəsi pozmaqda ittiham etmək və növbəti böyük miqyaslı hücumlar üçün pilotsuz uçuş aparatları və uzaqmənzilli raketləri toplamaqdan ibarətdir.

Analitiklər xatırladır ki, Rusiya oxşar strategiyanı “Pasxa atəşkəsi” zamanı da tətbiq edib – əvvəlcə silah ehtiyatları yığılıb, sonra isə Ukraynaya iki genişmiqyaslı zərbə endirilib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
48
13
icma.az

10Источники