RU

Azərbaycanlı hücumçu “Kolambus Kryu”nun qələbəsində 90 dəqiqə meydanda oldu -

Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-da çıxışını davam etdirir.

90deqiqe.Az xəbər verir ki, 22 yaşlı hücumçu MLS təmsilçisi "Kolambus Kryu"nun heyətində növbəti oyununa çıxıb.

Forvard ölkə kubokunun 1/8 final mərhələsində "One Knoxville" ilə qarşılaşmada start heyətində yer alıb və matçı əvəzlənmədən başa vurub. Görüş "Kolambus Kryu"nun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Nəriman Axundzadə cari ilin fevral ayında ABŞ klubuna transfer olunub və hazırda komandada əsas heyət uğrunda mübarizəsini davam etdirir.

Избранный
50
90deqiqe.az

1Источники