RU

Makron Ermənistana dövlət səfəri edəcək

Fransa Prezidenti Emmanuel Makron 3–5 may tarixlərində Ermənistan Respublikasına səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Emmanuel Makron 4 mayda Yerevanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək.

Bildirilib ki, Fransa Prezidentinin Ermənistana dövlət səfəri 5 mayda başlayacaq. Səfər zamanı əvvəlcə Ermənistanın Baş naziri Nikol Paşinyan və Emmanuel Makron arasında təkbətək görüş, daha sonra isə geniş tərkibli danışıqlar keçiriləcək.

Qeyd olunub ki, görüşlərin yekununda imzalanma mərasimi baş tutacaq və tərəflər mediaya birgə açıqlama verəcəklər.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
30
37
redaktor.az

10Источники