RU

“LeMonde” yazır: Fransa iqtisadiyyatında durğunluq: artım zəifləyir, inflyasiya yüksəlir

Məşhur “LeMonde” qəzetində “Fransa iqtisadiyyatında durğunluq: artım zəifləyir, inflyasiya yüksəlir” başlıqlı məqalə dərc olunub. Bakıvaxtı.az-ın məlumatına görə, xəbərdə bildirilir ki, Fransada 2026-cı ilin ilk rübündə iqtisadi artım gözləntiləri doğrulmayıb. INSEE (Fransada Milli statistika və iqtisadi araşdırmalar institutu) tərəfindən açıqlanan ilkin məlumatlara əsasən, iqtisadiyyat üzrə artım tempi 0% səviyyəsində qalıb. Halbuki iqtisadçılar bu dövr üçün 0,2% - 0,3% aralığında artım proqnozlaşdırırdılar. Bu göstərici əvvəlki dövrlə müqayisədə geriləmə kimi qiymətləndirilir. Belə ki, 2025-ci ilin son rübündə Fransa iqtisadiyyatında 0,2% artım müşahidə olunmuşdu. Yeni ilin başlanğıcında isə bu dinamika dayanıb və iqtisadi fəaliyyət faktiki olaraq yerində sayıb. Mövcud vəziyyət hökumətin illik proqnozlarını da şübhə altına alır. Rəsmi olaraq 2026-cı il üçün iqtisadi artım hədəfi 0,9% səviyyəsində müəyyən edilsə də, ekspertlər artıq bu rəqəmi “həddindən artıq optimist” hesab edirlər. Hesablamalara görə, bu hədəfə çatmaq üçün ilin qalan üç rübündə ÜDM-in hər rübdə təxminən 0,3% artması tələb olunur. Lakin hazırkı göstəricilər fonunda bu tempin qorunması çətin görünür. İlin əvvəlində qeydə alınan ümumi artım ehtiyatı isə cəmi 0,5% təşkil edir ki, bu da ilin qalan hissəsi üçün zəif impuls deməkdir. Ekspertlər bildirirlər ki, qlobal iqtisadi risklər də vəziyyəti ağırlaşdıra bilər. Xüsusilə enerji daşımalarının əsas marşrutlarından biri olan Hörmüz boğazı ətrafında mümkün gərginliklər Fransa iqtisadiyyatının illik artımına mənfi təsir göstərə bilər.  Ümumilikdə, iqtisadi artımın dayanması və inflyasiya təzyiqlərinin davam etməsi Fransa üçün 2026-cı ildə mürəkkəb iqtisadi mənzərə formalaşdırır.

Aydın

Избранный
54
1
bakivaxti.az

2Источники