RU

“Yüksək səviyyəli səfər gözləntiləri artırır”

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Türkiyə prezidentinin İrəvana səfəri yeni situasiya yarada bilər”

Bu fikirləri “xalqcebhesi.az”a açıqlaması zamanı millət vəkili Fazil Mustafa söyləyib.

O qeyd edib ki, əlbəttə, belə bir səfər baş tutarsa, bu, tamamilə yeni bir situasiyanın yaranması demək olar. Çünki Türkiyə prezidentinin İrəvana səfəri uzun illər ərzində bəlkə də ən diqqətçəkən və fərqli hadisələrdən biri kimi qiymətləndirilə bilər:

“Amma hazırda belə bir səfərin reallaşacağına dair konkret və təsdiqlənmiş məlumat yoxdur. Ola bilsin ki, bu proses daha çox xarici işlər naziri səviyyəsində təmsilçiliklə məhdudlaşsın. Hər halda, Türkiyənin bu istiqamətdə hansı strategiyanı seçdiyini indidən qəti şəkildə müəyyənləşdirmək çətindir”.

Günel Elxan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
63
icma.az

1Источники