Mən hesab edirəm ki, çox mühüm hadisə baş verib.
Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrəvana səfərini şərh edərkən deyib.
“İki ölkənin Baş nazir müavinlərinin səfərlərini sülh prosesinin məntiqi və institutlaşması baxımından tarixi hesab edirəm. Sevinirəm ki, bu mərhələyə çatdıq”, - Nikol Paşinyan qeyd edib.