RU

MY-nin sabiq ulduzu karyerasını bitirir

"Mançester Yunayted" və İngiltərə millisinin sabiq sağ cinah müdafiəçisi Eşli Yanq 2025/26 mövsümünün sonunda futbolçu karyerasını başa vuracaq.

Publika.az xəbər verir ki, bu barədə onun çıxış etdiyi "İpsviç" klubunun rəsmi saytında məlumat verilib.

40 yaşlı futbolçu karyerasına "Uotford"da başlayıb. O, həmçinin "Aston Villa", "İnter" və "Everton" klublarında da çıxış edib.

Yanq İngiltərə və İtaliya çempionu olub, Avropa Liqasını qazanıb, həmçinin İngiltərə Kuboku və Superkubokunun qalibi olub. O, İngiltərə millisində 39 oyunda 7 qol vurub.

Избранный
72
publika.az

1Источники