Moskva vilayətinin Kaşira şəhərində piknik faciə ilə başa çatıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Oka çayının sahilində yerləşən birmərtəbəli tikilidə bir araya gələn iki dost kabab çəkərək spirtli içki qəbul ediblər. Məclisin şirin yerində tərəflər arasında qəfil mübahisə yaranıb.
Münaqişə zamanı kişilərdən biri əsəblərinə hakim ola bilməyərək əlindəki kabab şişini dostunun ürəyinə soxub.
Aldığı ağır xəsarətdən zərərçəkmiş hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Kaşira məhkəməsində cinayət işinə baxılıb. Məhkəmənin hökmü ilə dostunu öldürən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.