RU

Nizami rayonunda Ulu Öndərin xatirəsinə həsr edilmiş qızlar arasında voleybol yarışı keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami rayonu üzrə Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə qızlar arasında voleybol yarışı keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan turnirin açılış mərasimində Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, 242 saylı tam orta məktəbin direktoru Sevinc Bayramova və Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev çıxış ediblər.

Çıxışlardan sonra püşk atılıb, yarışa start verilib.

Qeyd edək ki, yarışda Nizami rayonunun 15-dək təhsil müəssisəsinin komandası iştirak edib. Olimpiya sistemi üzrə keçirilmiş turnirdə birinci yerin qalibi Kimya və biologiya təmayüllü Respublika liseyin komandası olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 145 və 229 saylı tam orta məktəblərin kollektivləri bölüşüblər.

Qalib komandalara kubok, medallar, diplomlar və hədiyyələr təqdim edilib.

Избранный
19
3
ikisahil.az

10Источники