RU

Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edildi FOTO

ain.az, Bizim media saytına istinadən bildirir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.Bizim.Media xəbər verir ki, Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç həyata keçirilib.Köç edənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Bu mərhələdə kəndə 32 ailə, ümumilikdə 135 nəfər köçürülüb. Mənzillərin açarları köçürülən ailələrə rəsmi şəxslərin iştirakı ilə təhvil verilib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
bizim.media

2Источники