RU

FIFA Dünya Kubokunun mükafat fondunu artırdı

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2026-cı il Dünya Kuboku iştirakçılarının mükafat fondunu 15% artırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky Sports” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hər komanda indi ilkin 10,5 milyon dollar əvəzinə ən azı 12,5 milyon dollar alacaq.

Turnirin ümumi mükafat fondu isə 870 milyon dollar təşkil edəcək.

Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə rekord sayda - 48 komanda iştirak edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
yeniavaz.com

1Источники