
“Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin səfərinin gizli saxlanılması ilə bağlı açıqlamalar tamamilə yersizdir”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, məxfilik normalarının qorunması təhlükəsizlik mülahizələri ilə də müəyyən edilir.
Paşinyan əlavə edib ki, Ermənistanın Baş nazirinin müavini də əvvəllər Azərbaycana səfər edib və həmin məxfilik qaydalarına orada da əməl olunub.
Daşqın HəsənovMissiya.Az