
“Vaşinqton İran xalqının xeyrinə rejimin xaricdəki maliyyə resurslarını bloklamağı planlaşdırır”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skot Bessant “Fox News” telekanalına müsahibəsində deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası “maksimum təzyiq” kampaniyasına bir ildən çox əvvəl start verib və bu proses çərçivəsində Maliyyə Nazirliyinə konkret tapşırıqlar verilib:
“Prezident bu əmri mənə və Maliyyə Nazirliyinə ötən ilin mart ayında verib. Bu təzyiq dekabr ayında İran iqtisadiyyatının dayanmasına səbəb oldu və bu da etirazlara gətirib çıxardı”, - deyə siyasətçi vurğulayıb.
Bessant qeyd edib ki, İranın ən böyük bankı iflasa uğrayıb və İran Mərkəzi Bankı borcları ödəməyə məcbur qalıb.
Daşqın HəsənovMissiya.Az