RU

ABŞ nin blokadası bizi yox, qlobal sistemi zəiflədəcək İran rəsmisi

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın Ali Liderinin baş müşaviri Məhəmməd Mohber ABŞ-nin tətbiq etdiyi dəniz blokadası ilə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, o, cümə axşamı etdiyi çıxışında bu addımın İranı zəiflətməyəcəyini bildirib.

Məlumata görə, Mohber qeyd edib ki, İran dünya neft və qaz ehtiyatlarının əhəmiyyətli hissəsinə nəzarət edir və bu səbəbdən blokadanın təsiri gözlənildiyi kimi olmayacaq.

O bildirib: “Dünya neftinin 20%-ni və 18 trilyondan çox qaz ehtiyatını idarə etdiyimiz halda, dəniz blokadası İranı Daş dövrünə qaytarmayacaq, əksinə, dominantlıq sistemini buz dövrünə doğru itələyəcək”.

Qeyd olunub ki, iranlı rəsmi bu fikirlərlə qlobal enerji bazarlarında mümkün təsirlərə diqqət çəkib və blokadanın beynəlxalq güclər üçün də ciddi nəticələr doğura biləcəyini vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
redaktor.az

2Источники