RU

Britaniya Rusiya əleyhinə dəniz ittifaqı yaradır - KİV

Böyük Britaniya və müttəfiqləri Rusiyaya qarşı potensial olaraq "şimal donanması" alyansı yaratmaq niyyətindədirlər.

Missiya.Az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Bildirilib ki, ittifaq 10 Şimali Avropa ölkəsindən ibarət Birgə Ekspedisiya Qüvvələri ətrafında yaradılacaq. Birləşmiş Krallıq bu ittifaqda əsas rol oynayacağını və müttəfiq donanmalarının komandanlığının Londondakı Nortvuddan həyata keçiriləcəyini proqnozlaşdırıb.

Daha əvvəl bildirilib ki, Böyük Britaniya müttəfiqlərinin Rusiyaya qarşı yenidən silahlanmasına kömək etmək üçün "müdafiə bankı" yaratmağı düşünür.

Mediada yer alan məlumatlara görə, bank daha aşağı faiz dərəcələri ilə kreditlər vasitəsilə birgə hərbi layihələri maliyyələşdirə biləcək.

İlahə Qənbərli

Missiya.Az

Избранный
48
missiya.az

1Источники