“Barselona”nın hücumçusu Rafinyaya Səudiyyə Ərəbistanı klubları maraq göstərir.
İdmanxeber.az-ın məlumatına görə, bir neçə Pro Liqa təmsilçisi braziliyalını transfer etmək üçün hazırlaşır və onu 2026-cı il dünya çempionatından sonra heyətinə qatmaq istəyir. Hələlik rəsmi təklif yoxdur.
29 yaşlı futbolçu bu mövsüm La Liqada 20 oyunda 11 qol vurub, 3 assist edib.