RU

Britaniya ABŞ-siz yeni hərbi ittifaq qurur

Böyük Britaniya 9 ölkənin iştirakı ilə Rusiya təhdidlərinin qarşısını almaq üçün doqquz Avropa ölkəsi ilə birlikdə dəniz qüvvələri yaratmaq qərarını açıqlayıb.

 Ölkə.az xəbər verir ki, bu barədə britaniyalı general Ser Qvin Cenkins məlumat verib.
O qeyd edib ki, ABŞ-İsrail-İran müharibəsindən sonra Hörmüz boğazının bağlı qalması ilə Yaxın Şərqdə davam edən böhrana baxmayaraq, Rusiya təhlükəsizliyimiz üçün ən böyük təhdid olaraq qalır.

Hörmüz boğazı ilə bağlı mübahisə səbəbindən ABŞ və Böyük Britaniya arasında hərbi əməkdaşlıq indiyə qədər ən aşağı səviyyəyə düşüb.
Yeni yaradılacaq Birləşmiş Ekspedisiya Qüvvələrinə (JEF)  Hollandiya, beş Skandinaviya ölkəsi və üç Baltikyanı dövlətdən ibarət yeni donanmanın ən böyük hərbi üzvü Böyük Britaniya olacaq.

Bəzi NATO üzvləri Rusiyanın artan təcavüzünə qarşı cavab tədbirlərini təkmilləşdirdikcə, Kanadanın da  qoşulacağı gözlənilir.

 Mürtəza

Избранный
51
2
olke.az

3Источники