RU

Cüdoçularımızın ilk rəqibləri müəyyənləşdi

Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, idmançılarımızın da ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 34 ölkədən 240 idmançı mübarizə aparacaq.

1-3 may tarixlərində keçiriləcək Düşənbə Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 11.00-da, final bloku isə saat 16.00-da start götürəcək.

Kişilər
-60 kq, 1/8 final

Murad Muradlı – Yan Motoli Bonqambe (Fransa) / Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi ilə

-66 kq, 1/8 final
Nizami İmranov – Yerdaulet Bozşa (Qazaxıstan)
İslam Rəhimov – Nursultan Zayzaqaliyev (Qazaxıstan)

-73 kq, 1/8 final
Rəşid Məmmədəliyev – Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə

+100 kq, 1/8 final
Uşanqi Kokauri – Mohammadpuria Banaeyan Tolki (İran)
Camal Qamzatxanov – Yovan Pekoviç (Monteneqro)

Избранный
26
11
football-plus.az

10Источники