RU

“Çoxlu cavabsız suallar var” - Kallasdan Moskva və Tehran barədə AÇIQLAMA

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın İranla bağlı mövqeyinə və ABŞ–Rusiya təmaslarına dair açıqlama verib.

Redaktor.az xəbər verir ki, o, bu barədə Estoniyada jurnalistlərə danışıb.

Məlumata görə, Kallas bildirib ki, Rusiyanın İranın ABŞ-yə qarşı mübarizəsini açıq şəkildə tərifləməsi suallar doğurur və bu, Moskva ilə Vaşinqton arasında mümkün təmaslarla bağlı əlavə müzakirələrə səbəb olur.

O qeyd edib: “Prezident Tramp və Prezident Putin arasında bu cür telefon zənglərini gördükdə və Rusiyanın İranın Amerikaya qarşı apardığı mübarizəni açıq şəkildə təriflədiyini nəzərə aldıqda, cavabsız qalan çoxlu suallar yaranır”.

Bildirilib ki, Kallasın açıqlaması Rusiya–ABŞ münasibətləri və Yaxın Şərqdəki gərginlik fonunda beynəlxalq siyasi müzakirələri daha da aktuallaşdırıb.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
41
1
redaktor.az

2Источники