RU

Televizora çox baxmaq niyə təhlükəlidir?


Gündə üç saatdan çox televizora baxmaq vaxtından əvvəl ölüm riskini iki dəfə artıra bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Journal of the American Heart Association” jurnalında dərc olunan araşdırmada bildirilib.
Araşdırmada orta yaşı 37 olan 13 min 284 gənc və sağlam universitet məzunu iştirak edib. İştirakçılar orta hesabla 8,2 il müddətində izləniliblər. Bu müddət ərzində 97 ölüm hadisəsi qeydə alınıb. Onlardan 19-u ürək-damar xəstəliklərindən, 46-sı xərçəngdən, 32-si isə digər səbəblərdən baş verib.
Nəticələr göstərib ki, gündə üç saatdan çox televizora baxan şəxslərdə vaxtından əvvəl ölüm riski, gündə bir saat və ya daha az televizora baxanlarla müqayisədə iki dəfə daha yüksək olub. Bu nəticə digər risk faktorları nəzərə alındıqdan sonra da dəyişməyib.
Qeyd olunub ki, alimlər yalnız televiziya izləmə müddətini deyil, həmçinin insanların gün ərzində nə qədər kompüter qarşısında oturduğunu və nə qədər vaxt avtomobil idarə etdiyini də araşdırıblar.
Maraqlıdır ki, televiziya izləmə müddəti ilə ölüm riski arasında əlaqə aşkar edilsə də, kompüter qarşısında uzun müddət oturmaq və ya avtomobil idarə etmək ilə vaxtından əvvəl ölüm riski arasında əhəmiyyətli əlaqə müəyyən edilməyib.
Избранный
45
1
yeniavaz.com

2Источники