RU

Əks yola çıxan avtomobil qəza törətdi, cərimə günahsız sürücüyə yazıldı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakıda baş verən yol nəqliyyat hadisəsi zamanı mübahisəli məsələ yaranıb. Bu barədə zərərçəkmiş sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, hadisə anı hər iki avtomobildəki kameraya qeyd olunub. 77-NK-595 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü bildirir ki, əks yola çıxmadan yolun sağ kənarı ilə hərəkət edən zaman "Changan" markalı avtomobilin sürücüsü düzgün dönməyərək əks istiqamətə çıxıb. Qəza baş verəcəyini görən anda "BMW"nin sürücüsü dərhal dayanıb. Lakin "Changan" markalı avtomobilin sürücüsü hərəkətinə davam edərək qəzaya səbəb olub. "BMW" markalı avtomobilin sürücüsü özünü günahsız hesab etsə də, Dövlət Yol Polisi İdarəsi onu günahkar hesab edərək inzibati məsuliyyətə cəlb edilib.

Sürücü bu məsələyə yenidən baxılmasını və düzgün qərar verilməsini xahiş edir.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
54
42
avtosfer.az

10Источники