RU

“İqtisadi geriləmə sabitlik üçündür” Peskov iqtisadi tənəzzülü “şərh etdi”

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Rusiya iqtisadiyyatındakı rüblük azalma "gözlənilən idi və sabitliyin təmin edilməsi tədbirləri ilə əlaqəlidir”. 

“AzPolitika” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə Rusiya iqtisadiyyatındakı geriləməni şərh edərkən deyib.

"Bu, gözlənilən bir prosesdir. Gözlənilən iqtisadi soyuma baş verib, amma bunun öz nəticələri var. Bütün bunlar makroiqtisadi sabitliyin təmin edilməsinə yönəlib ", - deyə Peskov bildirib.

O əlavə edib ki, "hökumət və prezident bu mənfi tendensiyanı artım trendinə çevirmək üçün tədbirlər görür və həll yolları hazırlayır".

Qeyd edək ki, Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, Rusiyanın ÜDM-i yanvar-mart aylarında 0,3% azalıb. Müstəqil ekspertlər daha böyük rəqəmlər səsləndirir. Rəsmi məlumata görə isə qeyri-resurs sənayesində məhsul istehsalı 0,7%, tikinti həcmi 10%, nəqliyyatda yük dövriyyəsi 3,4%, topdansatış ticarət dövriyyəsi isə 0,5% azalıb. Eləcə də Rusiya büdcəsində, neftin bahalaşmasına baxmayaraq, trilyonlarla rublluq kəsir var.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
azpolitika.info

1Источники