RU

Yan Nemeçek: Çexiya və Azərbaycan infrastruktur, rəqəmsallaşma və su ehtiyatları sahələrində əməkdaşlığı genişləndirir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 30 aprel, AZƏRTAC

İnfrastruktur, rəqəmsallaşma və su ehtiyatlarının idarə olunması Azərbaycan və Çexiya arasında ikitərəfli əməkdaşlığın perspektivli sahələri kimi ortaya çıxır.

Çexiyalı iqtisadçı Yan Nemeçek bu barədə AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının son buraxılışında bildirib. O, Çexiya şirkətlərinin artıq genişmiqyaslı investisiya proqramlarının həyata keçirildiyi Azərbaycanda su təchizatı sistemlərinin modernləşdirilməsi layihələrində fəal iştirak etdiyini qeyd edib.

Ekspert diqqətə çatdırıb ki, “ağıllı şəhərlər”in inkişafında və dövlət idarəçiliyinin rəqəmsal transformasiyasında da əhəmiyyətli potensial var.

Proqramın qonağı rəqəmsal şəhərsalma və idarəetmə sistemləri kimi texnoloji həllərin Avropa ölkələri ilə Azərbaycan arasında təcrübə mübadiləsi üçün əsas ola biləcəyini vurğulayıb. O, həmçinin akademik əməkdaşlığın universitetlər arasında əlaqələri gücləndirən və gələcək birgə layihələr üçün yeni nəsil mütəxəssislərin hazırlanmasını təmin edən vacib bir sahə olaraq qaldığını qeyd edib.

Müəllif - Tamilla Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
1
azertag.az

2Источники