RU

Biləcəridə illərdir dəyişməyən mənzərə: Yol problemi həllini tapmır VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Abbas Səhhət küçəsində yol örtüyünün yararsız vəziyyətdə olması sürücülər üçün çətinlik yaradır.

Avtosfer.az-ın məlumatına görə, bu barədə sakinlərdən biri ərazidə çəkiliş apararaq görüntüləri sosial şəbəkədə paylaşıb. Kadrlardan aydın görünür ki, yolun asfalt qatı tamamilə sıradan çıxıb və müxtəlif hissələrində dərin çuxurlar yaranıb.

Sürücülər ərazidən keçərkən təhlükəni azaltmaq üçün sürət həddini aşağı salmağa məcbur olurlar. Lakin yolun dar olması və çuxurların sıx yerləşməsi manevr imkanlarını da məhdudlaşdırır.

Qeyd edək ki, sakinlərin sözlərinə əsasən, sözügedən küçədə bu problem illərdir davam edir və indiyədək aidiyyəti qurumlar tərəfindən məsələ ilə bağlı hər hansı ciddi tədbir görülməyib.Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
avtosfer.az

1Источники