RU

“Kaş oğlan yox, Təranə ölərdi” Dəm qazından zəhərlənən qızın anası

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Xətai rayonunda baş verən faciəvi hadisədə zəhərlənən 2012-ci il təvəllüdlü Təranə Bəkirovanın anası Kəmalə Ələkbərova açıqlama verib.

“Qafqazinfo”nun RTV-yə istinadən məlumatına görə, o, qızından bir müddətdir xəbəri olmadığını bildirib. 

Ana qızının tez-tez evdən qaçdığını qeyd edib.

“Evdən dəfələrlə qaçır, gedib gətirirəm. Bir dəfə də qaçmışdı, 5 gün onu gözlədim. Abşeron Polis İdarəsinə xəbər verdim, qızı tapdılar. İndi də 3-cü aya keçib ki, evdə yoxdur. Mən onu harada axtarım? Həmin oğlanı tanımıram, harada tanış olduqlarını bilmirəm. Kaş oğlan yox, Təranə ölərdi. Haqq-ədalət var, dəm qazından zəhərlənib ölüb. Qızım məktəbə getmir, 14 yaşı var. Atası da var, gözdən əlildir. Allah belə qızın bəlasını versin”, - o qeyd edib.

Xatırladaq ki,  daha əvvəl dilənçiliklə məğul olan 14 yaşlı qız ötən il oğurluğa görə saxlanılmışdı. O, gözəlliyinə görə qısa zamanda populyarlaşmışdı.

Daha ətraflı videomaterialda:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
9
qafqazinfo.az

10Источники