Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub.
QOL.az xəbər verir ki, UEFA-nın yaydığı məlumata görə, PSJ-nin hücumçusu Usman Dembele Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına layiq görülüb.
Fransalı ulduz yarımfinal çərçivəsində "Bavariya"ya qarşı doğma meydanda keçirilən matçda (5:4) iki qol vurmaqla yanaşı, bir məhsuldar ötürmə ilə də yadda qalıb.
Qeyd edək ki, 2025/2026-cı illər mövsümündə ümumilikdə 35 rəsmi matçda meydana çıxan Dembele 18 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.
Xatırladaq ki, PSJ və "Bavariya" arasında cavab qarşılaşması mayın 6-da Münhendə baş tutacaq.