RU

Kadırovdan Putinə: "Sizin piyadanız kimi xidmət edəcəyəm"

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovla görüş keçirib. Tərəflər regionun sosial-iqtisadi vəziyyətini, daşqınlardan zərər çəkənlərə yardımı, çeçenlərin "xüsusi hərbi əməliyyat"dakı (SVO) töhfələrini, həmçinin regionda keçiriləcək seçkilərə hazırlığı müzakirə ediblər.

Azreform.info xarici mediaya istinadən xəbər verir ki, Putin Ramzan Kadırovun sentyabrda keçiriləcək Çeçenistan rəhbəri seçkilərində namizədliyini dəstəkləyib.

"Biz Sizi məyus etməyəcəyik. Əgər Siz xeyir-dua versəniz və xalq məni seçərsə, mən Sizin piyadanız kimi xidmət etməyə davam edəcəyəm və bir dəfə də olsun Sizi darda qoymayacağam" - deyə Kadırov qeyd edib.

"Kavkaz.Realii" nəşri qeyd edir ki, bu görüş Kadırovun səhhəti ilə bağlı çoxsaylı araşdırmaların dərcindən sonraya təsadüf edib. Bununla əlaqədar olaraq, son zamanlar şəbəkələrdə respublika rəhbəri postuna xələf axtarışları barədə məlumatlar yayılmışdı. Mümkün namizədlər arasında Kadırovun oğlu Adam, "Axmat" xüsusi təyinatlılarının komandiri Apti Alaudinov və Dövlət Dumasının deputatı Adam Delimxanovun adları çəkilirdi.

Ramzan Kadırov 2007-ci ildən Çeçenistan rəhbəri vəzifəsini tutur. 2021-ci ildə keçirilən son seçkilərdə o, 2016-cı ildəki öz rekordunu yeniləyərək 99,7% səs toplayıb - bu, 2000-ci ildən bəri Rusiyada qubernator seçkiləri tarixində ən yüksək göstəricidir. Çeçenistan rəhbərinin növbəti seçkiləri 2026-cı ilin payızına planlaşdırılıb.

Избранный
35
2
azreform.info

3Источники