Bu gün Misli Premyer Liqasında XXI turdan təxirə salınmış bir oyun keçiriləcək.
Fanat.Az xəbər verir ki, "Neftçi" ilə "Qarabağ" üz-üzə gələcək.
Beləliklə, son bir həftədə ikinci dəfə qarşılaşacaq tərəflərin budəfəki dueli də "Palms Sports Arena"da baş tutacaq. Matçı Kamranbəy Rəhimov idarə edəcək.
Misli Premyer Liqası
XXI turun oyunu
30 aprel
"Neftçi" – "Qarabağ" 0:0 (ilk hissə)
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov.
VAR: Elçin Məsiyev, Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. "Palms Sports Arena".
Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 5. İqor Ribeyro, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 91. Nurəziz Əzizov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 70. Andrey Ştoqrin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.
Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.