RU

Qoxu hissinin yaranması ilə bağlı kəşf 

ABŞ-də “Harvard Medical School”un alimləri qoxu hissinin necə yarandığını araşdırıblar. Yeni araşdırma göstərir ki, burundakı qoxu reseptorları müəyyən qaydada, yəni üfüqi zolaqlar şəklində yerləşir.

“Science Daily” portalının məlumatına görə, araşdırma “Cell” jurnalında dərc olunub.

Tədqiqat siçanlar üzərində aparılıb və milyonlarla neyron analiz edilib. Nəticələr göstərib ki, hər reseptor tipi burunda xüsusi zonalarda toplanır və bu quruluş beyindəki qoxu mərkəzləri ilə uyğunlaşır. Bu isə qoxu siqnallarının burundan beyinə necə ötürüldüyünü daha yaxşı anlamağa kömək edir.

Alimlər, həmçinin müəyyən ediblər ki, bu “xəritənin” formalaşmasında “retinoik turşu” adlı molekul mühüm rol oynayır. Bu maddə neyronların düzgün yerlərdə yerləşməsinə yardımçı olur. 

Mütəxəssislər hesab edirlər ki, bu kəşf gələcəkdə qoxu itkisinin müalicəsi üçün yeni üsulların hazırlanmasına yol aça bilər. Ümumiyyətlə, qoxu hissi təhlükələrin aşkarlanması, qida dadı və emosiyalarla sıx bağlıdır, lakin onun yaranma və işləmə prosesi indiyə qədər tam aydın deyildi.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
88
azerbaijan-news.az

1Источники