RU

Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bununla əlaqədar olaraq aşağıda adları qeyd olunan ərazilərdə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq:

Səməd Vurğun küçəsi (A.A.Bakıxanov-M.Mirqasımov küçəsi arası)
Rəşid Behbudov küçəsi (S.Rəhimov-S.Zeynalov küçəsi arası)
Vaqif prospekti (C.Hacıbəyli-S.Vurğun küçəsi arası)

Tarix və vaxt:

01 may saat 23:00-dan 04 may saat 07:00-dək - hərəkət aparılacaq işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.

Xarici Dairəvi yolda (“20 Yanvar” istiqaməti)

01–03 may tarixlərində, hər gün saat 07:00–23:00-dək qismən məhdudiyyət

01–04 may tarixlərində, hər gecə saat 23:00–07:00 arası tam məhdudiyyət.

Xarici Dairəvi yolda tam məhdudiyyət tətbiq edildiyi müddətdə hərəkət Salyan şosesi (Bibiheybət məscidi istiqaməti) üzrə təmin ediləcək.
AzVision.az

Избранный
26
34
azvision.az

10Источники