RU

“Himayədar ailə” qayğı modelinə həsr olunmuş daha bir ictimai dinləmə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı şəhərində növbəti ictimai dinləmə keçirilib. Sabunçu Gənclər Evində təşkil olunan tədbir “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunub. 

Görüşdə Agentliyin əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, digər dövlət və bələdiyyə orqanlarının nümayəndələri, Nazirlik yanında İctimai Şuranın üzvləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tələbələr və müəllimlər, eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər.

Ümumilikdə 100-dən çox şəxsin iştirak etdiyi tədbir zamanı ilkin olaraq Sosial Xidmətlər Agentliyinin fəaliyyəti, xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Agentliyin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev “Himayədar ailə” qayğı modeli, bu modelin üstünlükləri, müraciət formaları və digər vacib məqamlar barədə iştirakçıları məlumatlandırıb. Eləcə də himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi barədə təqdimatlar edilib.  

Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Избранный
26
1
qht.az

2Источники