RU

“Qızıl top”a namizədlərin yeni reytinqi açıqlandı

Nüfuzlu Goal portalı “Qızıl top” mükafatını qazanmağa namizədlərin yeni reytinqini dərc edib.

Publika.az xəbər verir ki, müəlliflər reytinqi iki həftədən sonra ilk dəfə yeniləyiblər. Reytinqdə ilk iki yeri dəyişməz olaraq “Bayern”in oyunçuları Harri Keyn və Maykl Olise tutur.

Keyn “Qızıl top” mükafatına əsas namizəd hesab olunur. “Barselona”nın futbolçusu Lamin Yamal üçüncü pilləyə yüksəlib.

Siyahıda daha sonra Luis Dias, Erlinq Haaland, Kilian Mbappe, Usman Dembele, Deklan Rays, Xviça Kvaratsxeliya və Julian Alvares yer alıb.

Избранный
52
publika.az

1Источники