RU

Ulduz futbolçu ​“Qalatasaray”la bağlı qərarını verdi

“Qalatasaray”ın futbolçusu Lukas Torreyra gələcəyi ilə bağlı qərarını verib.

Metbuat.az xəbər verir ki, “sarı-qırmızılar”la ardıcıl dördüncü çempionluğunu qazanmağa yaxın olan uruqvaylı yarımmüdafiəçi komandada qalmaq niyyətindədir. "HT Spor"un məlumatına görə, təcrübəli futbolçunun azı daha üç il İstanbul təmsilçisinin formasını geyinmək qərarına gəldiyi bildirilir. Məlumata görə, Torreyra­nın bu addımı çempionluq yarışının həlledici mərhələsinə daxil olan texniki heyət və klub rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Qeyd edək ki, Lukas Torreyra­nın “Qalatasaray”la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Избранный
83
metbuat.az

1Источники