RU

​"Qalatasaray"da "yarpaq tökümü" -

Türkiyənin “Qalatasaray” klubu ard-arda dördüncü dəfə çempionluğunu elan etməyə hazırlaşır. Metbuat.az xəbər verir ki, hazırda sarı-qırmızılı klubda transefrlərlə bağlı müzakirələr başlayıb. İstanbul təmsilçisi heyətini yeni oyunçularla gücləndirməklə yanaşı, həm də bəzi futbolçuları yola salmağı planlaşdırır. Yerli medianın yazdığına görə, mətbuatda adı ən çox hallanan futbolçular arasında Saşa Boey, Singo və Mauro İcardi kimi oyunçular yer alır. Hələlik bu iddialar rəsmi şəkildə təsdiqlənməsə də, onların gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Siyahıda Qabriel Sara və Neo Lanqın adlarının da olacağı istisna edilmir.

Bu oyunçularla bağlı may ayının ikinci ayrıısnda yekun qərarın verilməsi gözlənilir.

Избранный
27
5
metbuat.az

6Источники