Bakı, 30 aprel, AZƏRTAC
Azarkeşlərimizi təbrik edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, bu, komanda üçün önəmli qələbə olub: “Bundan əvvəl böyük hesabla məğlub olduğumuz oyuna görə də azarkeşlərdən üzr istəyirəm. “Qarabağ”a qarşı son matçdan sonra dərs çıxardıq. Fərqli hisslər keçirirəm. Bu matç məni də çox yordu”.
Müxbir – Cavid Əliyev