RU

"Fənərbağça"nın ulduzu cəza aldı

"Qalatasaray"la keçirilən oyunda qırmızı vərəqə alan Ederson Santana de Moraesə 3 oyunluq cəza verildiyini açıqlayıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Fənərbağça"nın 32 yaşlı qapıçısı Ederson "Qalatasaray" derbisində hakimə qarşı təhqiredici davranışına görə cəzalandırılıb.


Açıqlamada qeyd olunub: “Fənərbağça A.Ş.-nin futbolçusu Ederson Santana de Moraesin oyundan kənarlaşdırıldıqdan sonra matçın hakiminə qarşı təhqiramiz hərəkətinə görə İntizam Məcəlləsinin 41/1-a və 35/4-cü maddələrinə əsasən, həmçinin iki sarı vərəqə aldığı üçün iştirak etməməli olduğu oyundan əlavə olaraq 3 rəsmi matçdan kənarlaşdırılması və 80 000 türk lirəsi məbləğində cərimə olunması barədə qərar qəbul edilib”.

Избранный
43
manset.az

1Источники