RU

Tarixin verdiyi qiymətə arxalanmağın mənasızlığı haqqında Orxan Saffari yazır…

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Tarix özü qiymət verəcək” ifadəsi və düşüncəsi mahiyyət etibarı ilə romantizm, o cümlədən arxaikdir.

Müasir insan bir az da tarixin verəcəyi qiymətə arxayın olmamalıdır.

“Tarix özü qiymət verəcək” eyni zamanda artıq mənasını itirmiş bir hökmdür.

“Tarix özü qiymət verəcək” ifadəsi zəif insanların təsəllisidir.

Bütün bunlardan əlavə, “Tarix özü qiymət verəcək” təfəkkürü lider uydurmasıdır. Adətən, bu düşüncə haqqı tapdalanan insanlara təlqin edilir.

İnsan tarixin verəcəyi qiymətə arxalanaraq həm də bugünki məsuliyyəti gələcəyin üstünə atır.

Tarixin verdiyi qiymət çox zaman gecikmiş ədalətdir. Gecikmiş ədalət isə əksər hallarda ədalət deyil, sadəcə arxivə hopmuş peşmanlıqdır.

Əslində, sual həm də budur:

Məzar daşına yazılan həqiqət, həyatdaykən daşlanan insana hansı təsəllini verir?

Həqiqi tarix çox vaxt qaliblərin mürəkkəbi ilə yazılıb, məğlubların qanı ilə yox.

Görəsən, zaman hər şeyi üzə çıxarırmı?

Bəlkə zaman sadəcə çox şeyi ört-basdır edir?

Tarix müasir dövrdə mütləq həqiqət yox, çox vaxt siyasi gücün redaktəsindən keçmiş narrativdir.

Tarixi istənilən cür dəyişməkdən asan heç nə yoxdur.

Tale insanın əlində olmasa da, tarix insanın əlindədir.

“Tarix hər şeyi həll edəcək, qiymət verəcəl” düşüncəsi təhlükəlidir. Çünki bu fikir insanları bu gündən uzaqlaşdırır. Halbuki hər dövrün öz tarixi elə həmin anda yazılır. Tarix gələcəkdə formalaşmır, tarix bu gün susanların, bu gün yalan danışanların, bu gün haqqı satanların qərarları ilə yaranır.

Bir sözlə, tarix ibrət verir, amma nadir hallarda xilas edir.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
60
icma.az

1Источники