RU

İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib

İranın futbol üzrə yığması 2026-cı il dünya çempionatında çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə FIFA konqresində təşkilatın rəhbəri Canni İnfantino bildirib.

"Əlbəttə, İran yığması dünya çempionatında iştirak edəcək. Komanda ABŞ-də oynayacaq. Səbəb sadədir: bizə birləşmək lazımdır ki, insanlar da bir yerdə olsunlar. Bizim məsuliyyətimiz bax bundadır. Dünya futbolla birləşir", - İnfantino bildirib.

Избранный
21
7
far.az

7Источники