RU

Rusiya Ukraynanın itkilərini açıqladı -1527-ci gün

Rusiya müharibənin 1527-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 139 321 PUA-sı, 658 zenit-raket kompleksi, 29 090 tank və digər zirehli texnikası, 1 712 reaktiv yaylım atəş sistemi, 34 675 artilleriya və minaatanı, 60 447 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Избранный
14
15
ikisahil.az

10Источники