RU

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino təşkilatın konqresində İran futbol millisinin 2026-cı il dünya çempionatında iştirak edəcəyini təsdiqləyib.

Bizim.Media bu barədə xarici KİV-ə istinadla xəbər verir.

«Əlbəttə, İran komandası iştirak edəcək. Komanda ABŞ-da oynayacaq. Səbəb çox sadədir: biz insanları birləşdirməliyik. Bu, mənim məsuliyyətimdir, bu, bizm məsuliyyətimizdir», — deyə İnfantino bildirib.
 

Aprelin 23-də İran hökumətinin rəsmi nümayəndəsi Fatemə Mohacerani ölkənin milli komandasının 2026-cı il dünya çempionatının oyunlarını keçirməyə hazır olduğunu xəbər verib.


Dünya çempionatı 11 iyundan 19 iyula qədər ABŞ, Kanada və Meksikada keçiriləcək. İran Özbəkistanla 2:2 hesablı heç-heçə edərək DÇ-2026-ya vəsiqə qazanıb və G qrupuna düşüb.

Orada milli komanda Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə qarşılaşmalıdır. Komandanın hər üç oyunu ABŞ ərazisində keçirilməlidir.

Bizim.Media

Избранный
28
7
bizim.media

7Источники