RU

“Rayo Valyekano” evdə “Strasburq”u məğlub edib

Avropa Konfrans Liqasının 2025/2026 mövsümündə yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, İspaniyanın “Rayo Valyekano” klubu doğma meydanda Fransanın “Strasburq” komandası ilə üz-üzə gəlib. Madrid şəhərində yerləşən “Valyekas” stadionunda baş tutan qarşılaşmanı litvalı hakim Donatas Rumşas idarə edib.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Oyunda yeganə qolu 54-cü dəqiqədə İsi Palasonun ötürməsindən sonra hücumçu Aleşandre Juravski vurub.

Komandalar arasında cavab qarşılaşması 7 may tarixində keçiriləcək.

Bu cütün qalibi finalda “Şaxtyor” – “Kristal Pelas” cütlüyünün güclüsü ilə üz-üzə gələcək.

Избранный
73
90deqiqe.az

1Источники