ain.az, Apa.az portalına istinadən məlumat verir.
Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın bölgə müxbiri xəbər verir ki, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.
Nəticədə 2003-cü il təvəllüdlü İlkin Cəfərov hadisə yerində həyatını itirib, 2006-cı il təvəllüdlü Cavad Əliyev isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.