RU

Ruslara qızılla bağlı ŞOK QADAĞA

Mayın 1-dən etibarən Rusiyadan qızıl külçələrin çıxarılmasına qadağa qoyulub.

Publika.az xəbər verir ki, bu məhdudiyyət çəkisi 100 qramdan çox olan affinaj edilmiş (qarışıqlardan təmizlənmiş) metala şamil edilir və prezidentin son fərmanı ilə tənzimlənir.

Qadağa həm fiziki şəxslərə, həm də şirkət və fərdi sahibkarlara aid olsa da, müəyyən istisnalar mövcuddur. Belə ki, Moskva aeroportları ("Vnukovo", "Domodedovo" və "Şeremetyevo"), həmçinin Vladivostokun "Kneviçi" hava limanı vasitəsilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə qızıl çıxarmaq mümkündür. Aİİ-yə daxil olmayan ölkələrə isə külçələr yalnız həmin hava limanlarından və Federal Əyar Palatasının icazəsi ilə aparıla bilər.

Qiymətli metalların ölkədən çıxarılması qaydalarının sərtləşdirilməsi təşəbbüsü ilə Maliyyə Nazirliyi çıxış etmişdi. Qeyd edək ki, 2025-ci ildə Rusiya sakinləri son beş ildə ilk dəfə qızıl alışını azaldıblar. Ümumdünya Qızıl Şurasının (WGC) məlumatına görə, alışlar 2% azalaraq 72 tona düşüb. Bununla da Rusiya vətəndaşları qızıl alan ölkələrin siyahısında altıncı yerdə qərarlaşıb.

Избранный
4
15
publika.az

10Источники