ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Xırdalan şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozan taksi sürücüsünün videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "Yango" taksi şirkətinə məxsus 77-SG-359 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü öncə qırmızı işıqda hərəkət edərək qəza şəraiti yaradıb. O, daha sonra "Kristal Abşeron 1" yaşayış kompleksinin ərazisində dayanma-durma qaydasını pozub. Videodan da aydın şəkildə görünür ki, sürücü ikinci cərgədə dayanaraq hərəkətə mane olub. Bu səbəbdən yolda ləngimə baş verib.
Fərid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.