RU

Trampa sui qəsd edən şübhəli Təhlükəsizlik Xidmətinin əməkdaşına yaxın məsafədən atəş açıb

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Vaşinqtonda ABŞ prezidenti Donald Trampin iştirakı ilə keçirilən tədbirdə baş verən atışma zamanı ABŞ Təhlükəsizlik Xidmətinin (Secret Service) əməkdaşı yaxın məsafədən atəş açılaraq yaralanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə xidmətin rəhbəri Şon Karran məlumat verib.

“Gördüyüm bütün sübutlar göstərir ki, şübhəli əməkdaşımıza yaxın məsafədən atəş açıb,” – deyə Karran "Fox News"a verdiyi müsahibədə bildirib.

Karran əlavə edib ki, yaralanmasına baxmayaraq, agent cavab atəşi açmağa müvəffəq olub.

Şübhəli Allena ABŞ prezidentinə sui-qəsd cəhdi, silah və sursatların ağır cinayət məqsədilə daşınması, həmçinin cinayət törədilərkən silahdan istifadə etməkdə ittihamlar irəli sürülüb. ABŞ baş prokurorunun müvəqqəti səlahiyyətli icraçısı Todd Blanç bildirib ki, Allena ömürlük həbs cəzası ilə üzləşə bilər.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
icma.az

1Источники