RU

“ABŞ aviadaşıyıcısının uzun müddət dənizdə qalması Yaxın Şərqdə hərbi balansa təsir göstərir” ŞƏRH

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“The Washington Post” qəzeti ABŞ rəsmilərinə istinadən bildirir ki, “Gerald R. Ford” aviadaşıyıcı gəmi Yaxın Şərqi tərk edir və bazasına qayıdır. 10 aylıq fasiləsiz xidmətdən sonra gəminin 4500 dənizçi heyəti, nəhayət, dincələ biləcək.

Gəminin dəqiq yola düşmə tarixi açıqlanmayıb, lakin may ayının ortalarına qədər Virciniyaya qayıtması gözlənilir.

Gununsesi.info bildirir ki, politoloq Asif Şəfəqqətov məsələyə belə münasibət bildirib:

“ABŞ HDQ-nin ən yeni aviadaşıyıcısı olan “Gerald R. Ford” 24 iyunda Avropaya Norfolkdan yola düşüb, sonra Karib dənizinə göndərilib və burada Venesuelanın dəniz blokadasında və yanvar ayında Nikolas Maduronun oğurlanması əməliyyatında iştirak edib. Daha sonra gəmi İrana qarşı əməliyyatları dəstəkləmək üçün Yaxın Şərqə göndərilib.

30 aprel tarixinə gəmi 310 gündür bazasına qayıtmadan xidmət göstərir – bu müasir ABŞ aviadaşıyıcı gəmisi üçün rekord müddətdir. Aviadaşıyıcılar, istismar qrafikinə əsasən, adətən, 6-7 aydan sonra texniki xidmətə dayanırlar. Qayıtdıqdan sonra gəmi ciddi texniki xidmətdən keçəcək.

“Ford”un getməsi, İranla hərbi əməliyyatlar başlayarsa, ABŞ-ın hücum və müdafiə imkanlarını zəiflədəcək. “Ford” İsrailin, İordaniya və S.Ərəbistanının bəzi hərbi bazalarının İran raket-dron zərbələrindən təhlükəsizliyini təmin etməli idi.

“Ford”dan sonra Yaxın Şərqdə ABŞ-ın iki aviadaşıyıcısı qalacaq – “George H.W. Bush” və “Abraham Linkoln”. “Lincoln”un da texniki vəziyyətinin qənaətbəxş olmadığını nəzərə alsaq, bir aviadaşıyıcı ilə ABŞ-ın 15 mayadək quru əməliyyatlarına başlayacağı inandırıcı görünmür.

ABŞ qanunvericiliyə görə, prezident 60 gün ərzində hərbi əməliyyatlar apara bilər, bu müddət ərzində Konqres hərbi əməliyyatların müddətini artırmazsa, növbəti 30 gün ərzində hərbi qüvvələri geri qaytarmalıdır. Deyəsən, Tramp qaytarmağa başlayır”.

Günay Mahirqızı

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
icma.az

1Источники