Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İctimai nəqliyyatda telefonla ödənişdə kartlardan əlavə vəsaitin çıxılması ilə bağlı iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İTV-yə sərnişinlər bildiriblər.
Onların sözlərinə görə, ödəniş zamanı vəsait çıxsa da, bir neçə saat sonra təkrar gedişhaqqı çıxılır. Bəzən isə gedişhaqqı ödənişi balansdan sonradan çıxılır.
Məsələ ilə bağlı banklardan bildirilib ki, NFC və QR texnologiyaları ilə aparılan əməliyyatların texniki idarəçiliyi nəqliyyat sisteminin üzərinə düşür.
Banklar onlara ötürülən əməliyyat məlumatları əsasında müəyyən edilmiş məbləğin müştərinin hesabından silinməsini həyata keçirir.
“BakıKart”dan isə qeyd edilib ki, bu cür ödənişlər gecikdirilmiş avtorizasiya prosesi ilə işləyir. Heç bir əlavə məbləğin tutulma halı baş vermir.
Daha ətraflı süjetdə:
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.