“Gör, düşün, izah et – yer elmlərinin rəqəmsal modellərlə interaktiv öyrədilməsi” qrant layihəsi çərçivəsində təlimlər davam edir.
Layihə çərçivəsində 8, 9 və 10-cu siniflərdə təhsil alan 20 nəfər şagird üçün PhET platforması üzərindən yer elmləri ilə bağlı 16 təlim keçirilir. Təlimlərdən əvvəl şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə diaqnostik və formativ qiymətləndirmə vasitələri tətbiq edilmiş və onun nəticələrinə uyğun olaraq təlim proqramı qurulmuşdur.
Layihənin əsas məqsədi yer elmləri fənninin tədrisində interaktiv öyrənmə yanaşmalarını təşviq etmək, simulyasiyalar vasitəsilə şagirdlərdə fənnə marağı artırmaq, eksperiment əsaslı düşüncə və tətbiqi bilik-bacarıqları inkişaf etdirmək, eləcə də öyrənmə prosesini müasir, texnologiyaya əsaslanan metodlarla zənginləşdirməkdir.
Qeyd edək ki, “Gör, düşün, izah et – yer elmlərinin rəqəmsal modellərlə interaktiv öyrədilməsi” qrant layihəsi Bərdə rayonu Dəymədağıldı kənd F. Əhmədov adına tam orta ümumtəhsil məktəbinin direktoru və müəllimi Aygün Quliyeva tərəfindən həyata keçirilir.










