RU

Rusiya səfirinə qəsdə dair yeni faktlar üzə çıxdı

Yenisabah saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı 2016-cı ildə törədilmiş sui-qəsdlə bağlı istintaqda yeni faktlar meydana çıxıb.

“Yeni Sabah” Sabah-a istinadla xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Ankara Respublika Baş Prokurorluğuna təqdim etdiyi məlumatda axtarışda olan FETÖ üzvü Abdullah Bozkurt hadisənin arxasında duran əsas fiqurlardan biri kimi göstərilir.

Bozkurt hazırda Stockholmda yaşayır və öz media platforması vasitəsilə Türkiyə dövlətini, MİT-i və onun rəhbərliyini hədəf alan materiallar yayır.

Onun sui-qəsdi törədən Mevlüt Mert Altıntaşa təsir göstərdiyi xüsusi vurğulanır. Altıntaş sui-qəsddən əvvəl təşkilatın konsprativ mənzilində ideoloji radikallaşdırılıb və silahlı hücumu həyata keçirməyə razı salınıb. Bundan başqa, qəsddən sonra təslim olmaması aşılanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
1
yenisabah.az

2Источники